Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var
sizinxeber.az xəbər saytı

Paşinyan seçkilərin region üçün mümkün nəticələrindən danışıb: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var


Xoşbəxtlikdən indi Azərbaycanla Ermənistan arasında sülh var.

"Armenpress"in xəbərinə görə, bu barədə Ermənistan Baş naziri və "Vətəndaş Müqaviləsi" Partiyasının sədri Nikol Paşinyan jurnalistlərə açıqlamasında seçkilərin region üçün mümkün nəticələri barədə danışarkən deyib.

O, Gürcüstanla çox dərin münasibətlərin olduğunu bildirib.

"Əlbəttə ki, Türkiyə ilə münasibətlərin normallaşmasını və diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm", - Baş nazir qeyd edib.

Paşinyan, həmçinin, Türkiyə ilə sərhədin, eləcə də dəmir yolu və avtomobil yollarının yaxın gələcəkdə yenidən açılacağına əminliyini ifadə edib.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Baş nazir Nikol Paşinyan artıq seçkilərdə səs verib.

Oxşar xəbərlər

Paşinyan: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var, Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm
Ərdoğanla Paşinyan siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəlib
Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
Paşinyan Ermənistan-Türkiyə sərhədinin açılacağına əminliyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər