Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir - YENİLƏNİB


Dövlət İmtahan Mərkəzində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə saat 10:00 və 16:00 olmaqla iki növbədə keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

Dövlət qulluğuna qəbul imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün iyunun 8-dən 22-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 8, 9 və 10 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

BB vəzifə altqrupu üzrə test imtahanda iştirak etmək üçün 1389 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 8, AC qrupu üzrə 15, BA qrupu üzrə 73, BB qrupu üzrə isə 179 olmaqla, ümumilikdə 275 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 18 zal admini, 108 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oxşar xəbərlər

Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir - YENİLƏNİB
Bu gün 720 namizəd dövlət qulluğu üzrə imtahan verib - YENİLƏNİB
Dövlət qulluğuna aid vəzifələr üzrə imtahan keçirilir
Dövlət qulluğuna aid vəzifələr üzrə imtahan keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər