Müqabil Bayramov: Sülh həm də transsərhəd çayların çirkləndirilməməsindən keçir
sizinxeber.az xəbər saytı

Müqabil Bayramov: Sülh həm də transsərhəd çayların çirkləndirilməməsindən keçir


"Sülh həm də transsərhəd çayların çirkləndirilməməsindən keçir. Ermənistanın ağır ekoloji böhran yaradan dağ-mədən sənayesinin fəaliyyəti sülh gündəliyi ilə uyğun gəlmir".

"Sizinxeber.az" xəbər verir ki, bunu "Environmental Protection First" (EPF) Koaliyasına üzvü olan "Azərbaycan Kartoqrafları" İctimai Birliyininin rəhbəri, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Müqabil Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistan Espoo Konvensiyasından irəli gələn öhdəliklərə əməl etməlidir:

"Biz baş verən ciddi ekoloji fəsadları görməzdən gələ bilmərik. Ermənistanın bu prosesdə səmimiyyəti həm də transsərhəd çaylara olan münasibətindən bəlli olmalıdır".

Qeyd edək ki, Espo Konvensiyası (Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya) dövlətlərə öz ərazilərində planlaşdırdıqları iri iqtisadi layihələrin qonşu ölkələrin ətraf mühitinə və əhalisinə göstərə biləcəyi mənfi təsirləri qiymətləndirmək və bu ölkələrlə əvvəlcədən məsləhətləşmələr aparmaq öhdəliyi qoyan beynəlxalq sənəddir.

Oxşar xəbərlər

EPF Ermənistan tərəfindən çayların çirkləndirilməsinə yol verilməməsi ilə bağlı növbəti dəfə çağırış edib
Koalisiya: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir
EPF: Ermənistan transsərhəd çaylarla əlaqədar öhdəliklərinə əməl etməlidir
İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır
13 ölkə QHT-sindən Ermənistana çağırış: Dağ-mədən fəaliyyətini Azərbaycanla razılaşdır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər