"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
sizinxeber.az xəbər saytı

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub


Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində milli kinomuzla bağlı silsilə təqdimatlar olub.

"Sizinxeber.az"un xəbərinə görə "Aşqabad" Kinoteatrında "Cənnət yuxusu" bədii-sənədli filmi nümayiş etdirilib.

Məlumat verilib ki, film Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyinin sifarişi əsasında 2025-ci ildə istehsal olunub.

Ekran əsərinin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərovdur.

Azərbaycan təsviri sənətində dəzgah (panel) rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən filmdə qədim İrəvan şəhərinin tarixi və mədəni irsi də diqqətə çatdırılır. Burada İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.

Oxşar xəbərlər

Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Mikael Silkeberq: Yeni film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq
Mirzə Qədim İrəvaninin əsərlərindəki piqment və artefaktlar ilk dəfə Bişkekdə nümayiş olunub
Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər