117 saylı DSK sədri: Səsvermə prosesi normal qaydada davam edir
Dairə hüdudlarında səsvermə prosesi normal qaydada davam edir.
Bunu “Sizinxeber.az”un Şimal-qərb bürosuna açıqlamasında 117 saylı Oğuz-Qəbələ-Şəki Dairə Seçki Komissiyasının (DSK) sədri Rəsul Cəfərov deyib.
DSK sədri bildirib ki, dairə üzrə bütün seçki məntəqələrində səsvermə prosesi qaydalara uyğun davam edir:
“Dairə üzrə 64 məntəqədə 55 min 065 seçici qeydiyyatdadır, onlardan 332 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yaşı 100-dən yuxarı olan 1 seçici var.
Ümumilikdə 11 bələdiyyədə 121 yer uğrunda 251 namizəd mübarizə aparır. Səsvermə prosesini 941 müşahidəçi izləyir. Məntəqələr texniki avadanlıqlarla tam təchiz olunub, veb-kameralar quraşdırılıb, seçicilərin sərbəst səs vermələri üçün bütün şərait yaradılıb”.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Oxşar xəbərlər
97 saylı DSK sədri: Səsvermə prosesi normal keçir, hər hansı şikayət daxil olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
99 saylı DSK sədri: Dairə üzrə səsvermənin gedişini 730 müşahidəçi izləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Balakəndə 102 yaşlı seçici səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aran zonasında səsvermə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












