Bələdiyyələr hesabat və aktlarını nəzarət edən orqanın informasiya sistemində yerləşdirəcək
Bələdiyyələr qəbul etdikləri hesabat və aktları onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda deyilir.
Belə ki, dəyişikliklərə əsasən, bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər rəhbərlik etdikləri qurumun qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında informasiya sistemində yerləşdirməlidirlər.
Qəbul edilən aktları isə, bələdiyyələr həmin sənədin qəbul edildiyi tarixdən 3 iş günündən gec olmayaraq (əvvəlki qayda ilə 5 iş günü) inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirməlidirlər.
Hesabatlar bələdiyyə iclasında təsdiq edildikdən dərhal sonra qərara əlavə olunaraq inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməlidir.
Bundan başqa bələdiyyələr yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti il yanvarın 30-dək təqdim edilməlidir.
Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 gün müddətində təsdiq edəcəklər.
Oxşar xəbərlər
Azərbaycanda əmək müqavilələri elektron qaydada bağlanacaq
Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
