Bu il 300-dən çox şəxs adının dəyişdirilməsi üçün müraciət edib
sizinxeber.az xəbər saytı

Bu il 300-dən çox şəxs adının dəyişdirilməsi üçün müraciət edib


Bu il adların dəyişdirilməsi ilə bağlı Adlar və Soyadlar üzrə Komissiyasında 300-dən çox müraciətə baxılıb.

Bunu "Sizinxeber.az"a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur:

"Qeyd olunduğu kimi, şəxs ad­la­rı­nın əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri ic­ti­mai yer­lər­də, iş pro­se­sin­də, nitq­də baş­qa söz­lə­rə nis­bə­tən da­ha çox iş­lən­mə­si­dir. İn­san­lar ad­la bir-bi­ri­nə mü­ra­ci­ət edir­lər. Hər bir xü­su­si ad mil­li xü­su­siy­yə­tə ma­lik olub, şəx­sin han­sı mil­lə­tə aid ol­du­ğu­nu özündə ifadə etməlidir. Lakin valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Sayalı Sadıqova: Azər­bay­can di­li gü­nü­nün qeyd edil­mə­si mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə eh­ti­ra­mı rəs­mi­ləş­dirir - MÜSAHİBƏ
Komissiya valideynlərin uşaqlara qoymaq istədiyi qəribə adları açıqlayıb
BMT: Coğrafi obyektlərin adının dəyişdirilməsi ayrı-ayrı ölkələrin səlahiyyətinə aid deyil
Nazirlik rəsmisi: Normativ hüquqi aktlarda fəxri adların verilməsi məsələsi hələ də qüvvədədir
Son beş ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər