Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
21:30
ff

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

29 in, 2026
21:30
192

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

İsrail öz ərazisinə raket zərbələri endiriləcəyi təqdirdə, İranla müharibəni "elə sabah" bərpa edə bilər.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların bərpası iki ssenaridə mümkündür: ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqları nəticəsiz və tükənmiş hesab edərsə və ya İran İsrailə raket zərbəsi endirərsə.

"Əgər İran İsrailə raketlər atarsa, İsrail güclə cavab verəcək. Biz İranın İsrailə atəş açdığı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu həmçinin ABŞ-nin diqqətinə çatdırılıb. İMQ tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var", - Kats bildirib.

Bizimlə əlaqə saxlayın

×
×