Komissiya valideynlərin uşaqlara qoymaq istədiyi qəribə adları açıqlayıb
Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir.
Bunu "Report"a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O qeyd edib ki, adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Buna görə də ad seçmə valideynlərin məsuliyyətini daha da artırır:
"Çünki valideynlər tərəfindən düşünülməmiş qoyulan adlar, sonradan övladlar tərəfindən dəyişdirilməsinə səbəb olur. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər: Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət".
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Sayalı Sadıqova: Azərbaycan dili gününün qeyd edilməsi milli-mənəvi dəyərlərimizə ehtiramı rəsmiləşdirir - MÜSAHİBƏ
Döyüldüyünü deyən uşaq evinin sakini başqa müəssisəyə yerləşdirilib
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
Bu idarə ləğv edildi - Fərman
Uşaq hüquqları ilə bağlı 2026-2030-cu illər üçün fəaliyyət planı hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













