Son beş ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub - SİYAHI
Azərbaycanda 2020, 2021, 2022, 2023 və 2024-cü ildə uşaqlara ən çox qoyulan adlar məlum olub.
"Sizinxeber.az"un məlumatına görə, bu müddətdə körpələrə verilən isimlərin ilk onluğunda 6 qız, 4 oğlan adı qərarlaşıb.
Son beş ildə körpələrə verilən adlar Uğur (9 084), Əli (8 506), Zəhra (8 299), Hüseyn (7 945), Yusif (7 943), Zeynəb (6 980), Məryəm (6 875), Aylin (6 583), Fatimə (5 824), Nilay (5 688) adı verilib.
Bundan əlavə, 2024-cü ilin hazırkı dövrünədək körpələrə verilən adların ilk 20-də 12 qız, 8 oğlan adı qərarlaşıb.
Bu il ümumilikdə, 1 832 oğlan uşağına Uğur adı qoyulub. Oğlanlardan 1 389-na Əli adı verilib.
Uşaqlara qoyulan adlar içərisində üçüncü sırada qız adı qərarlaşıb. Belə ki, bu il dünyaya gələn 1 241 qız uşağına Zəhra adı verilib. Bu, il ərzində qızlara ən çox qoyulan ad kimi ilk sıradadır.
Uşaqlara verilən adların siyahısında ilk onluğun 4 və 5-ci sırasını Hüseyn və Yusif adları bölüşdürüb. Bu adlar müvafiq olaraq 1 384 və 1 191 nəfərə qoyulub.
Uşaqlara verilən adlar siyahısında son beşliyi isə qız adları paylaşıb. Siyahıya görə, 1 261 qız uşağına Zeynəb, 1 244-nə Məryəm, 1 161-nə Aylin, 1 145-nə Nilay və 942-nə isə Fatimə adı qoyulub.
İkinci onluqda isə həm qız, həm oğlan adlarına verilən adlar belədir: Mələk (898), Məhəmməd (747), Ömər (882), Raul (1 110), Ayla (1 114), Murad (775), İnci (926), Nuray (607), Dəniz (636), Mədinə (663)
Oxşar xəbərlər
Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Bu il doğulan qız və oğlan uşaqlarının sayı açıqlanıb
Dünyanın ən yüksək maaş alan dövlət başçılarının adları açıqlanıb
VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
