Azərbaycan QDTİB-ə üzv ölkələrə ölkənin biznes imkanlarını təqdim edəcək
Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) üzv ölkələri sabah Bakıda keçiriləcək biznes forumda Azərbaycandakı biznes perspektivləri və iqtisadi imkanları araşdıracaq.
"Report" xəbər verir ki, bunu QDTİB-in prezidenti Serhat Köksal "Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı"nda deyib.
O xatırladıb ki, ötən ilin sentyabrında QDTİB Kişineuda (Moldova) biznes inkişafına dair uğurlu tədbir keçirib: "Bunu regionda bankın tanınmasının artırılması istiqamətində gələcək iş üçün model kimi istifadə etməyə ümid edirik. Bu, bankların, şirkətlərin və agentliklərin QDTİB və onun imkanları barədə məlumatlı olması üçün vacibdir. Eyni zamanda, onlar QDTİB-in biznesin genişləndirilməsi planlarının həyata keçirilməsində etibarlı, alternativ və operativ tərəfdaş ola biləcəyini bilməlidirlər. Sabahkı "Bazarları birləşdirmək, iqtisadiyyatı şaxələndirmək: Regional hab kimi Azərbaycan" adlı biznes forumu növbəti belə tədbir olacaq. Orada biz Azərbaycandakı biznes perspektivlərinə və iqtisadi imkanlara diqqət yetirəcəyik".
Onun sözlərinə görə, yaxın aylarda QDTİB digər üzv ölkələrdə də əlavə tədbirlərin keçirilməsini planlaşdırır.
Oxşar xəbərlər
Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
