Bahar Muradova Qusarda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Bahar Muradova Qusarda vətəndaşları qəbul edib


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 1-də Qusar rayonunda vətəndaşları qəbul edib.

Bu barədə "Sizinxeber.az"a komitədən məlumat verilib.

Bildirilib ki, qəbula gələn Qusar və Quba rayon sakinləri əsasən ailə məsələləri, hüquqi məsləhət, uşaqlarla bağlı sosial dəstək və digər məsələlərə dair müraciət ediblər.

Komitənin məsul əməkdaşlarının da iştirak etdiyi qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa zamanda müvafiq həll yollarının müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Oxşar xəbərlər

Bahar Muradova Xaçmazda vətəndaşları qəbul edib
Bahar Muradova Qusarda vətəndaşları qəbul edəcək
Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək
Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək
Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər