Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan olunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, təhsilalanlar müəssisənin ərazisində mobil və elektron cihazlardan yalnız zəruri hallarda (təbii fəlakət və digər fövqəladə hallar, sağlamlıq vəziyyəti ilə bağlı və s.) informasiya mübadiləsi üçün istifadə edə bilərlər.
Qərara görə, təhsilalanlar tərəfindən məktəbə gətirilən mobil və digər elektron cihazlar dərs (məşğələ) başa çatanadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır.
Qərara əsasən, qaydaların pozulması halları aşkar edildikdə müəssisə rəhbərliyi 1 iş günü ərzində təhsilalanın valideynini (və ya digər qanuni nümayəndəsini) bu barədə məlumatlandırmalıdır. Bununla yanaşı, təhsilalanla fərdi profilaktik söhbətin aparılması, valideynin (və ya digər qanuni nümayəndənin) məktəbə dəvət olunaraq təhsilverənlərin iştirakı ilə müzakirənin keçirilməsi, həmçinin təhsilalanın məktəbdənkənar fəaliyyətlərə və tərbiyəvi tədbirlərə cəlb edilməsi kimi qabaqlayıcı tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, qərarın icrasına nəzarət nazir müavini Həsən Həsənliyə tapşırılıb.
Oxşar xəbərlər
Fransada məktəblilərə mobil telefondan istifadə qadağan edilib
İran təyyarələrə bir sıra elektron cihazların keçirilməsini yasaqlayıb
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatına start verilir
Gəncədə məktəblinin "TikTok"da canlı yayıma çıxması ilə bağlı araşdırma aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
