META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
META (“Facebook”, “Instagram”) şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını dərc edib.
APA-nın xəbərinə görə, hesabatda qeyd olunur ki, İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələr müəyyən edilib və onlar şirkət tərəfindən silinib. Onlardan 17-si “Facebook” hesab-profili, 22-si “Facebook” səhifəsi və 21-i isə “Instagram” hesab-profilidir (cəmi 60).
Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub.
META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb.
Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək və populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.
APA-nın əldə etdiyi məlumata görə, İran Prezidentinin Azərbaycana səfəri zamanı xüsusi fəallıq göstərən və rəyləri bir-birinə oxşayan 20-dən çox profil də müəyyən edilib ki, onlarla bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vasitəsilə META-ya şikayət göndərilmişdi.
Sənəddə silinən hesabların adları çəkilməsə də, onların məhz ETX-nin şikayəti əsasında bağlandığı aşkarlanıb.
Qeyd olunan fəaliyyətlərlə bağlı mütəmadi əsasda aidiyyəti üzrə monitorinqlər aparılır və son 1 ay ərzində İranla yanaşı, Rusiyadan da idarə edilən və Azərbaycanı hədəfə alan 4 böyük xəbər səhifənin silinməsinə nail olunub.
Oxşar xəbərlər
Kreml "Instagram", "Facebook" və "YouTube"nin nə vaxt blokdan çıxarılacağına aydınlıq gətirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Meta” Trampa 25 milyon dollar təzminat ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə sosial şəbəkə platformalarına girişdə problem yaşanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
RİNN: “Facebook” və “Instagram”da problem lokal deyil - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası: Anti-Azərbaycan kampaniyasına 300-dən çox hesab cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












