“Meta” Trampa 25 milyon dollar ödəyəcək
ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra feysbuk və Instagram sosial şəbəkələrində onun səhifələrinin bloklandığına görə “Meta” korporasiyası ilə razılaşma imzalayıb.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Razılaşmanın şərtlərinə görə, 22 milyon dollar prezident kitabxanasının fonduna, qalanı isə məhkəmə xərclərinə yönəldiləcək. Nəşr bildirib ki, korporasiya da öz günahını açıq şəkildə etiraf etməyəcək.
Bundan əvvəl Mark Zukerberqin rəhbərlik etdiyi “Meta” Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb. Vurğulanıb ki, Zukerberq korporasiyasını yeni administrasiyanın mümkün zərbəsindən qorumaq üçün son il yarım ərzində Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.
Oxşar xəbərlər
“ABC News” Donald Trampa 15 milyon dollar ödəyəcək
Amazonun sahibi Ceff Bezos Trampa 1 milyon dollar bağışlayacaq
“OpenAI”ın icraçı direktoru Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edəcək
WSJ: Mask gizli şəkildə respublikaçılara on milyonlarla dollar ianə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
