Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
ABŞ və Avropa fond bazarlarında əsas indekslər ticarət sessiyasını yüksəlişlə başa vurub.
“Sizinxeber.az-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 1,86% artaraq 50 848,75 bəndə, S&P 500 indeksi 1,75% yüksələrək 7 394,30 bəndə, Nasdaq Composite isə 2,54% bahalaşaraq 25 809,66 bəndə çatıb. NYSE Composite indeksi 1,44%, Kanadanın S&P/TSX Composite indeksi isə 1,52% artıb.
Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 indeksi 0,78%, Böyük Britaniyanın FTSE 100 indeksi 0,48%, Fransanın CAC 40 indeksi 0,48%, İspaniyanın IBEX 35 indeksi isə 0,81% yüksəlib. Almaniyanın DAX indeksi isə cüzi artımla 0,06% bahalaşıb.
Asiya-Sakit Okean regionunda ən güclü artım Yaponiyada qeydə alınıb. Nikkei 225 indeksi 3,38%, TOPIX indeksi 1,59% yüksəlib. Honq Konqun Hang Seng indeksi 2,02%, Çinin CSI 300 indeksi 1,53%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 1,87% artıb.
Analitiklər bazarlardakı yüksəlişi Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər və investorların riskli aktivlərə marağının artması ilə əlaqələndirirlər. ABŞ-da texnologiya sektorunda müşahidə olunan güclü alışlar da qlobal fond indekslərinə əlavə dəstək verib.
Oxşar xəbərlər
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
FED-in qərarından əvvəl ABŞ fond bazarlarında eniş davam edir - İndekslər
Dünya bazarlarının əsas indeks göstəriciləri
Qlobal fond bazarlarında əsas indekslər üzrə artım müşahidə olunub
ABŞ və Avropa fond bazarlarında artım müşahidə olunur - İndekslər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İranda partlayışlar qeydə alınıb
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
