Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan video » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
11:01
ff aaaaaaa

Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan video

08 in, 2026
11:01
984

Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan video

Paytaxt yollarında maddi zərərlə nəticələnən yol qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Daha çox da sürücülərin sükan arxasında mobil telefondan istifadə etmələri müşahidə olunur.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.

"Hərəkət zamanı diqqəti yoldan olmayan sürücünün svetoforun qırmızı işığında avtomobil dayandıqda, qarşıda nəqliyyat sıxlığı yarandıqda, texniki nasaz avtomobil yolda qaldıqda qəzadan yayınmaq şansı olmur. Yəni bu cür hallarda diqqətsiz sürücü sürəti vaxtında azalda bilmədiyindən qəza baş verir. Ölüm və ya xəsarətlə, ən yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalardan yol hərəkətinin digər iştirakçıları da əziyyət çəkməli olurlar", - məlumatda qeyd olunub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yollarda diqqətli olmalarını, bu məsələyə məsuliyyətlə yanaşmalarını xahiş edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul