Zelenski: Ukrayna və Latviya dron sahəsində saziş imzalayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
18:00
ff aaaaaaa

Zelenski: Ukrayna və Latviya dron sahəsində saziş imzalayıb

09 in, 2026
18:00
906

Zelenski: Ukrayna və Latviya dron sahəsində saziş imzalayıb

Ukrayna və Latviya Drone Deal təşəbbüsü çərçivəsində dron sahəsində əməkdaşlıqla bağlı razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Latviyanın yeni Baş naziri Andris Kulberqslə görüşün yekunları üzrə məlumat verib.

"Pilotsuz uçuş aparatları ilə bağlı saziş imzaladıq və bu, ölkələrimiz üçün mühüm nəticədir. Bu, birgə müdafiəmizin və istehsalımızın gücləndirilməsinə xidmət edən konkret addımlardır. Belə sistemli əməkdaşlığı Rusiyanın müharibə apardığı bütün illər ərzində bizi ardıcıl olaraq dəstəkləyənlərlə qururuq", - o qeyd edib.

Zelenski əlavə edib ki, Ukrayna Avropanın hər bir regionunun Rusiyanın təhdidlərindən kifayət qədər müdafiəsinin təmin edilməsində maraqlıdır.

"Mən həmçinin Baş naziri Ukraynanın hava hücumundan müdafiə ehtiyacları barədə məlumatlandırdım. Biz Rusiyaya qarşı sanksiya təzyiqini, o cümlədən Rusiyanın kölgə donanmasına qarşı sanksiyaların gücləndirilməsini də müzakirə etdik", - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul