Ermənistan MSK: Seçkilər zamanı texniki nasazlıqlar qeydə alınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2026
11:00
0
0
1 087
ff aaaaaaa

Ermənistan MSK: Seçkilər zamanı texniki nasazlıqlar qeydə alınıb

07 in, 2026
11:00
1 087

Ermənistan MSK: Seçkilər zamanı texniki nasazlıqlar qeydə alınıb

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri üçün bütün 2005 seçki məntəqəsinin açıldığını təsdiqləyib və səsvermə zamanı rast gəlinən texniki problemlər barədə bildirib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə MSK sədri Vaaqn Ovakimyan qurumun yutub kanalında yayımlanan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir neçə seçki məntəqəsində texniki nasazlıqlar, xüsusən seçici siyahısının çap və elektron versiyalarında seçicilərin səsvermə nömrələri arasında uyğunsuzluqlar qeydə alınıb.

"Bu cür halların qeydə alındığı bütün yerlərdə seçicilərə siyahını adlarının yanında imzalamaq tapşırılıb", - V.Ovakimyan qeyd edib.

O, bütün seçki məntəqələrinin normal fəaliyyət göstərdiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul