İrpendəki Zərifə Əliyeva adına liseyin şagirdləri və müəllimləri Azərbaycandadırlar
sizinxeber.az xəbər saytı

İrpendəki Zərifə Əliyeva adına liseyin şagirdləri və müəllimləri Azərbaycandadırlar


Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına Humanitar "Linqvist" liseyinin bir qrup şagirdi və müəllimi Azərbaycana gəlib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəvəti ilə təşkil olunub.

Səfər çərçivəsində ukraynalı məktəblilər Bakı, Qəbələ, Şəki və Zaqatalada olacaq, burada Azərbaycanın zəngin mədəni irsi, ənənələri və müasir inkişafı ilə tanış olacaqlar.

"Belə təşəbbüslər Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfədir, ukraynalı uşaqların inkişafı, istirahəti və mədəniyyətlərarası dialoqu üçün yeni imkanlar yaradır", - o qeyd edib.

Bununla yanaşı, diplomat Ukraynaya dəstəyə və ukraynalı uşaqlara göstərilən qayğıya görə SOCAR-a və azərbaycanlı tərəfdaşlara təşəkkürünü bildirib.

Oxşar xəbərlər

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Yuri Qusev: Üç il ərzində Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib
Ukraynanın İrpen şəhərində akademik Zərifə Əliyevanın vəfatının ildönümü ilə bağlı tədbir keçirilib
İrpendə Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər