Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik
Vaşinqtonda, ABŞ Dövlət Departamentində artıq ikinci gündür ki, İsrail və Livan arasında danışıqlar gedir.
"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri qarşısında çıxış edən dövlət katibi Marko Rubio bildirib.
O, iki ölkə arasında uzun illərdən bəri ilk dəfə keçirilən danışıqların səmərəli yekunlaşacağına ümid etdiyini qeyd edib.
"Hazırda, artıq ardıcıl olaraq ikinci gündür və çox uzun illərdən bəri ilk dəfədir ki, Livanın qanuni hökumətinin və İsrail hökumətinin nümayəndələri ABŞ Dövlət Departamentindədirlər. Ümid edirik ki, bugünkü danışıqlar Livanda təhlükəsizliyin təmin edilməsi üzrə birgə bəyanata və fəaliyyət planına gətirib çıxaracaq", - Rubio deyib.
O qeyd edib ki, dünən işçi səviyyədə baş tutan danışıqların ilk günü demək olar ki, yeddi saat davam edib. Məsləhətləşmələrin ikinci raundunun da günün böyük hissəsini tutacağı gözlənilir.
Oxşar xəbərlər
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb - YENİLƏNİB
Ümid edirik ki, bir neçə saat ərzində İranla... - Rubio
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Rubio: ABŞ nümayəndəsi İstanbulda Rusiya və Ukrayna danışıqlarında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
İspaniyada Konqo ilə yoldaşlıq oyunu ləğv edilib
-
İlandağ yazısı deşifrə edilib
-
Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin güclənməsindən məmnun deyil
-
Boliviyanın müdafiə naziri etirazlar fonunda istefa verib
