Vüsalə Mahirqızı: "Xarici təsirlərin sosial mediada yaymaq istədiyi xurafata qarşı birgə mübarizə aparmalıyıq"
"Media dini mövzulara həm dövlət-din konsepsiyası, həm dini mövzularda maarifləndirmə, həm də dini manipulyasiya cəhdlərinə qarşı mübarizə konsepsiyasından yanaşmalıdır".
Bunu Sizinxeber.az Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransdakı çıxışı zamanı deyib.
Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan dinin sağlam şəkildə qorunduğu nadir ölkələrdən biridir: "Azərbaycanda insanların dini həssas hissləri, müqəddəs dəyərləri siyasi istifadə vasitəsinə çevrilmir. Əksinə, daim maarifləndirmə siyasətin dini məkanlara nüfuz etməməsi ilə bağlı olub".
Vüsalə Mahirqızı vurğulayıb ki, Azərbaycan İslami dəyərlərin, dini kimliyin qorunmasında nümunə ölkədir:
"Konstantinopolun fəthindən sonra Sultan Fateh Mehmet İstanbulun müsəlman türklərin ocağına çevrilməsinin təsdiqi olaraq məscidlər inşa edirdi. İstanbul İslam mədəniyyətinin nadir dini abidələrinin olduğu mərkəzə çevrilirdi. Yeni dövrdə bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür. Diqqət edirsinizsə, Prezidentin işğaldan azad olunan ərazilərimizdə ilk inşa etdiyi abidə məscidlərdir. Bu məscidlər Qarabağ və Şərqi Zəngəzurda bizim milli və dini kimliyimizin təsdiq abidələridir. O minarələrdən yüksələn azan səsi bizim orda olduğumuzu hər gün sərhədin o üzünə xatırladır. Fikrimcə, bu təkcə Azərbaycan üçün deyil, İslam dünyası üçün böyük xidmət, böyük bir yaddaş yenilənməsidir. Bunu edən lider isə İlham Əliyevdir. Fikrimcə, bu nüanslar təkcə mediada yox, elə din xadimlərimizin çıxışlarında da vurğulanmalıdır".
Vüsalə Mahirqızı media ilə ölkədəki dini qurumlar, həmçinin İlahiyyat İnstitutu arasında dialoqunun daimi olmasının vacibliyini vurğulayıb.
"Mediada dini mövzulardan yazanların məlumatlanmalarına ehtiyac var, bu sahədə ixtisaslaşmış peşəkarlar yetişsələr çox yaxşı olar".
Baş direktor vurğulayıb ki, medianın xüsusi həssas yanaşmalı olduğu məsələlərdən biri də nifrət nitqlərinə yol verilməməsidir.
"Bu məsələdən danışarkən, xüsusilə vurğulamaq istədiyim məqam budur. Burda tolerantlıq və qarşılıqlı hörmət vacibdir. Biz sosial şəbəkələrdə bəzən dindarlara qarşı daha tolerant davranış görürük, nəinki dindarlar tərəfindən. Halbuki din əxlaqı səbr, dözümlülük, müxalif fikrə hörmət təbliğ edir. Burda bir həssas məsələni də vurğulamalıyam. Xüsusilə sosial mediada din adı altında xarici kənar təsirlər vasitəsilə xurafatın aşılanması, vətənpərvər hisslərin dini ehtiramla qarşı-qarşıya qoyulması halları müşahidə olunur. Bu, hazırda mənim sosial şəbəkələrdə izlədiyim məsələdir. Kənar təsirlər dini manipulyasiya etməklə dindarlarla bağlı aqressiv görüntü yaratmağa çalışırlar. Əlbəttə, bu məsələlərdə həm media, həm də din xadimləri çox diqqətli olmalıdılar. Biz xarici təsirlərin Azərbaycan sosial media seqmentində yaymaq istədiyi cəhalətə, xurafata, müxtəlif hadisələr zamanı olan manipulyasiya cəhdlərinə qarşı birgə mübarizə aparmalıyıq".
Oxşar xəbərlər
Vüsalə Mahirqızı: Sosial mediada yad təsirlərin Azərbaycan cəmiyyətinin fikri kimi göstərilməsi əsas problemlərdən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Əliyev: Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












