Vüsalə Mahirqızı: Sosial mediada yad təsirlərin Azərbaycan cəmiyyətinin fikri kimi göstərilməsi əsas problemlərdən biridir
sizinxeber.az xəbər saytı

Vüsalə Mahirqızı: Sosial mediada yad təsirlərin Azərbaycan cəmiyyətinin fikri kimi göstərilməsi əsas problemlərdən biridir


Son dövrlər azərbaycanlı dindarların anti-tolerant münasibəti görünür.

"Sizinxeber.az"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans çərçivəsində təşkil olunmuş “Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı” adlı panel sessiyada deyib:

“Halbuki bizim dindən öyrəndiyimiz əsas məsələ dözümlülük, tolerantlıq, müxalif fikrə, tənqidə dözümlülük idi. Sosial medianın Azərbaycan seqmentində yad təsirlərin Azərbaycan cəmiyyətinin fikri kimi göstərilməsi əsas problemlərdən biridir. Xüsusilə, Vətən müharibəsi dönəmində bunu görmüşük".

V. Mahirqızı qeyd edib ki, hazırda Azərbaycan mediasının dini məlumatlarla bağlı həssaslığı on qat artmalıdır:

"Çünki sosial şəbəkələrdə adi məlumatlar belə çox ciddi manipulyasiya vasitəsinə çevrilə bilir. Bununla mübarizə aparmaq üçün media nümayəndələri ilə treninqlər, qarşılıqlı görüşlər çox olmalıdır".

Qeyd edək ki, konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilir.

Oxşar xəbərlər

Vüqar Əliyev: Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət komitəsinin sədr müavini: İlin sonuna qədər məscidlərdə kitabxana layihəsi tam başa çatdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Hüseynəliyev: Dini jurnalistika da ixtisaslaşmış olmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər