Vüqar Əliyev: Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır
sizinxeber.az xəbər saytı

Vüqar Əliyev: Dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır


Azərbaycanda din və mətbuat münasibətləri “Dini etiqad azadlığı haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

"Report"un Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda keçirilən konfransın açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrıdır, lakin dövlət bu məsələni daim diqqətdə saxlayır:

"Çünki din – təkcə fərdi inanc deyil, həm də ictimai münasibətlərdə mühüm təsir gücünə malik bir sahədir. Ona görə də bu sahədə sabitlik və aşkarlıq həm hüquqi mexanizmlərlə, həm də informasiya vasitələri ilə qorunur”.

V.Əliyev qeyd edib ki, dini etiqad azadlığı yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır:

"Onun sosial bazası – dini savadlılıq və maarifləndirmədir. Gənclərimizə doğru və etibarlı dini bilgilərin çatdırılması informasiya qurumlarının əsas vəzifələrindən biri olmalıdır. Çünki harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası belə hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır”.

Qeyd edək ki, konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilir.

Oxşar xəbərlər

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcra başçısı: Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov: Media və din ayrı-ayrılıqda cəmiyyətin əxlaq normalarının formalaşmasında vacib rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər