BDU-nun Jurnalistika fakültəsində Vüsalə Mahirqızı ilə görüş keçirilib
Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Mətbuat Şurası İdarə Heyətinin üzvü, Sizinxeber.az Media Groupun baş direktoru Vüsalə Mahirqızı ilə görüş keçirilib.
Sizinxeber.az-nın məlumatına görə, fakültədə fəaliyyət göstərən Mətbuat Şurası otağında baş tutan görüşdə iştirak edən dekan Vüqar Zifəroğlu fakültədə mütəmadi olaraq tanınmış jurnalistlərlə görüşlər keçirildiyini qeyd edib. O bildirib ki, Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə də davamlı görüşlər keçirilir, bundan sonra da bu görüşlər davam etdiriləcək.
Öz növbəsində, Vüsalə Mahirqızı yeni yaradılan Sizinxeber.az Jurnalist Məktəbi barədə tələbələrə məlumat verib. O, həmçinin, müasir media trendləri, ənənəvi medianın yeni mediaya transformasiyası, sosial mediada trendlər, gələcəkdə yaranması mümkün görünən sahələrlə bağlı jurnalistlərin araşdırmalı olduğu məsələlər barədə danışıb.
Daha sonra V.Mahirqızı tələbələrin suallarını cavablandırıb.
Oxşar xəbərlər
Mətbuat Şurası professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verib
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - FOTO
Mətbuat Şurası: Seçki ilə bağlı jurnalistlərdən "Qaynar xətt"ə müraciət daxil olmayıb
Professor Nəsiman Yaqublu dəfn edilib FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
