ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
sizinxeber.az xəbər saytı

ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib


ABŞ-a milyardlarla dollar zərər vurduğu bildirilən İran vətəndaşı Monteneqroda tutulub.

“Reuters” in xəbərinə görə, ABŞ tərəfindən axtarışda olan 39 yaşlı İran vətəndaşı Monteneqro polisi və Federal Təhqiqat Büsrosu tərəfindən birgə əməliyyat nəticəsində ölkənin kurort şəhəri Kotorda həbs edilib.

Onun həm İran, həm də Türkiyə vətəndaşlığı olub.

Monteneqro polisindən bildirilib ki, şübhəli şəxs 2013-cü ildən etibarən ABŞ-da 150-dən çox universiteti hədəf alan genişmiqyaslı kiberhücumlar həyata keçirib, bu hücumlar nəticəsində dəyən zərərin 3,4 milyard ABŞ dollarından çox olduğu təxmin edilir.

Polisin məlumatına görə, oğurlanmış məlumatlar və ələ keçirilmiş universitet hesablarına giriş imkanları SEPAH və onunla əlaqəli qurumların, o cümlədən universitetlərin xeyrinə istifadə olunub.

Oxşar xəbərlər

SEPAH: İran İsrailin enerji mərkəzlərinə və yanacaq obyektlərinə hücum edib
Monteneqroda silahlı hücumda ölənlərin sayı 12-yə çatıb
Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda saxlanılıb - VİDEO
SEPAH Körfəzdə neft tankerini ələ keçirib, 6 nəfər həbs edilib
Almaniyada Çinə cəsusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər