Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iyulun 15-16-da Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək.
Bu barədə "Report"a Dini Komitə məlumat yayıb.
Bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri və dini icma sədrləri iştirak edəcəklər.
Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası məsələləri müzakirə olunacaq. Rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin effektivliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq, habelə dini ibadətgahlara media-tur təşkil ediləcək.
Qeyd edək ki, konfransın media tərəfdaşı "Global Media Group"dur.
Oxşar xəbərlər
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
