IsDB Özbəkistana "yaşıl sukuk"la bağlı tənzimləmə bazasının hazırlanmasında kömək edir
İslam İnkişaf Bankı (IsDB) Özbəkistan hökuməti ilə birlikdə "yaşıl sukuk" haqqında qanun və müvafiq normativ-hüquqi baza hazırlayır.
"Sizinxeber.az"un Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu aparıcı ekspertlər qrupunun rəhbərinin müavini, IsDB-nin İslam maliyyəsi üzrə mütəxəssisi Yəhya Rəhman Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Texniki yardım investisiyaların katalizatoru kimi: beynəlxalq inkişaf banklarının baxışı" mövzusunda sessiyada bildirib.
Onun sözlərinə görə, IsDB-nin islam maliyyəsi sahəsindəki texniki yardım modeli təkcə hökumətlərlə deyil, həm də digər çoxtərəfli inkişaf bankları ilə əməkdaşlığı nəzərdə tutur.
"Özbəkistanda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birlikdə işləyirik, çünki təşkilatın alternativ maliyyələşdirmə mexanizmi mövcuddur. Bundan başqa, biz sukuk (İslam istiqrazları) bazarının inkişafında Asiya İnkişaf Bankı və digər çoxtərəfli inkişaf banklarla əməkdaşlıq edirik. Hazırda biz Özbəkistan hökumətinə "yaşıl sukuk" haqqında qanunun və zəruri normativ-hüquqi bazanın hazırlanmasında dəstək göstəririk", - Y.Rəhman bildirib.
O qeyd edib ki, IsDB həmçinin Azərbaycanda kapital bazarının inkişafı üzrə texniki yardım layihəsi həyata keçirir.
"Özbəkistanda əvvəllər təsdiq etdiyimiz texniki yardım artıq İslam maliyyəsi sahəsində pərakəndə bankçılıq haqqında qanunun qəbul edilməsinə töhfə verib. Biz analoji işi Tacikistanda və regionun digər ölkələrində də uğurla həyata keçirmişik", - o əlavə edib.
Y.Rəhmanın sözlərinə görə, IsDB-nin texniki yardımı İslam maliyyə bazarının inkişafında katalizator rolunu oynayır.
"İnvestorlar və maliyyə institutları yeni bazara daxil olduqda, onlara aydın olan oyun qaydaları və əlverişli normativ mühit lazımdır. Onlar qanunvericiliyin artıq qüvvədə olduğuna əmin olmalıdırlar. Buna görə də biz ilk olaraq zəruri hüquqi bazanın yaradılmasına kömək edirik, bundan sonra isə özəl sektor, beynəlxalq maliyyə institutları və dövlət təşkilatları əminliklə investisiya yatıra və İslam maliyyə institutlarını inkişaf etdirə bilərlər", - IsDB nümayəndəsi vurğulayıb.
Oxşar xəbərlər
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Bakıda IsDB Qrupunun illik toplantısında yeni sazişlər imzalanıb
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
IsDB illik toplantısını 2026-cı ildə Azərbaycanda keçirəcək
Azərbaycan biznesinə IsDB Qrupunun alətlərindən daha fəal istifadə təklif olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
