Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
Azərbaycanda bütün icbari sığorta növləri üzrə 100 % əhatənin əldə edilməsi mümkündür.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev İstanbulda keçirilən 13-cü Sığorta Həftəsi çərçivəsində təşkil olunan 3-cü Beynəlxalq Sığorta Zirvəsində bildirib.
"Biz Azərbaycanda icbari sığorta bazarının sabit inkişafını müşahidə edirik. Bu gün icbari avtomobil sığortası üzrə penetrasiya səviyyəsi artıq 100 %-ə çatıb. Ölkədə beş növ icbari sığorta növü tətbiq edilir və biz Mərkəzi Bank olaraq bu sahədə islahatlar aparmağa davam edirik. Bu islahatlar bütün icbari sığorta növlərinin tam əhatə olunmasına imkan verəcək", - deyə Z.Əliyev qeyd edib.
O, həmçinin Azərbaycanın maliyyə sistemində sığorta sektorunun əhəmiyyətinin artdığını vurğulayıb: "Son üç ildə sığorta şirkətlərinin aktivlərinin maliyyə sisteminin ümumi aktivlərindəki payı 3,2 %-dən 3,8 %-ə yüksəlib".
Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayevin rəhbərliyi ilə ölkənin aparıcı sığorta şirkətlərinin nümayəndələri iştirak edirlər.
Oxşar xəbərlər
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq
Naxçıvanda icbari tibbi sığorta daxilolmaları 17 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
