Azərbaycan Rumıniya ilə qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
Azərbaycan və Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub.
"Sizinxeber.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurka ilə görüşünda aparılıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri, qarşılıqlı investisiyaların təşviqi və tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər enerji, tranzit və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətlərdə həyata keçirilən birgə layihələr ölkələr arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, regional əlaqələrin inkişafına və yeni iqtisadi imkanların formalaşmasına töhfə verir.
Müzakirələr zamanı qlobal çağırışlar şəraitində qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsi və ortaq həllərin təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Misir ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Azərbaycan və Türkiyə biznes əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan BƏƏ ilə iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib
Azərbaycan və BƏƏ qarşılıqlı investisiyaların artırılmasını nəzərdən keçirib - YENİLƏNİB
Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
