"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank" ASC bu ilin I rübünü 48,287 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.
Yanvar-mart aylarında "PAŞA Bank"ın gəlirləri 201,166 milyon manat (1 il əvvələ nisbətən 5,9 % az), xərcləri 131,97 milyon manat (13 % az), xüsusi ehtiyatlara ayırmaları 6,764 milyon manat (16,6 % çox), mənfəət vergisi ödəmələri isə 14,146 milyon manat (15,8 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Bank"ın aktivləri 9 milyard 48,057 milyon manat olub ki, bu da illik müqayisədə 9,7 % çoxdur. Bunun 3 milyard 216,821 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,1 % kiçilib.
Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 10,9 % artaraq 8 milyard 88,327 milyon manata, o cümlədən depozit portfeli 9,3 % artaraq 6 milyard 910,712 milyon manata, balans kapitalı isə 0,2 % artaraq 959,729 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.
Oxşar xəbərlər
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
“Premium Bank”ın depozit portfeli 5 % azalıb
"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb
"Bank VTB Azərbaycan"ın depozit portfeli 15 %-dən çox azalıb
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
