Leysan və dolu Ankarada subasmaya səbəb olub
sizinxeber.az xəbər saytı

Leysan və dolu Ankarada subasmaya səbəb olub


Türkiyənin paytaxtı Ankarada günortadan sonra qəfildən başlayan və güclənən yağış nəticəsində bəzi yeraltı keçidlər, çox sayda ev və iş yerini su basıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

"Leysan və dolu nəticəsində yollarda avtomobillərin hərəkəti çətinləşib, ləngimələr meydana gəlib", - məlumatda bildirilib.

"Haber Global"da yayılan məlumata görə, Kırşehir Tədris və Araşdırma Xəstəxanası qovşağı ilə Terme və Lise küçələrində selə səbəb olan yağışlar nəticəsində bəzi iş yerləri və avtomobillər su altında qalıb.

Oxşar xəbərlər

Mahaçqala küçələri güclü leysan nəticəsində su altında qalıb
Adanada leysan yağışları daşqına səbəb olub, ölən var
Azərbaycana leysan yağacaq, dolu düşəcək
Bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Leysan yağacaq, çaylarda sululuq artacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər