Bakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda IOTA-nın 29-cu Baş Assambleyası keçiriləcək


İyunun 17-19-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası keçiriləcək.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, "Sürətlə dəyişən mühitdə uyğunlaşan və çevik vergi administrasiyası" mövzusunda təşkil ediləcək tədbirdə vergi administrasiyalarının müasir çağırışlara vaxtında cavab vermək üçün istifadə edə biləcəyi innovativ yanaşmalar və alətlər diqqət mərkəzində olacaq, innovasiyaların təcrübədə tətbiqi, vergi inzibatçılığında çevik metodlar və alətlər barədə təqdimatlar nümayiş etdiriləcək.

Tədbir çərçivəsində vergi administrasiyalarına daha sürətli uyğunlaşma, konstruktiv qərarların qəbulu, innovasiyaların təşviqi, səriştələrin artırılması və işçi qüvvəsinin planlaşdırılmasını optimallaşdırmağa imkan verən texnologiya və platformalarla zəngin sərginin keçirilməsi də nəzərdə tutulub.

IOTA-nın 29-cu Baş Assambleyası Avropanın və regionun aparıcı vergi mütəxəssislərini bir araya gətirərək, vergi sistemləri üçün çevik strategiyaların, adaptiv struktur və idarəetmənin, müasir yanaşmaların, innovasiya üçün lazım olan bacarıq və səriştələrin, qabaqcıl liderlik təcrübələrinin təqdim edildiyi platforma olacaq.

2024-2025-ci illər üzrə IOTA-nın prezidentliyini Dövlət Vergi Xidməti həyata keçirir.

Oxşar xəbərlər

Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq"
Azərbaycan beynəlxalq kommunikasiya forumunda təmsil olunub
Azərbaycan IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında təmsil olunub
Azərbaycan və Litva vergi üzrə əməkdaşlığın inkişafı üçün işçi qrupu yaradacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər