Göyçayda güclü külək fəsadlara yol açıb
Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.
Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.
Hadisə yerinə dərhal yol və post patrul xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Güclü küləyin törətdiyi fəsadlar rayonun Yeniarx kəndində də qeydə alınıb. Belə ki, irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması nəticəsində kəndə elektrik enerjisinin verilişi dayandırılıb.
Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib. Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın təsirindən zədələnib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Güclü külək Oğuzda fəsadlara səbəb olub
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB 2
Goranboyda küləyin törətdiyi fəsadlar aradan qaldırılıb - YENİLƏNİB 2
Güclü külək Oğuzda irigövdəli ağacı yola aşırıb - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
-
Türkiyə XİN: ABŞ - İran razılaşmasını alqışlayırıq
