Fariz Cəfərov: “Qlobal süni intellekt bazarı 2026-cı ilə qədər 500 milyard dollara çatacaq”
Qlobal süni intellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard ABŞ dollarına çatacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov VI Beynəlxalq Süni İntellekt və Böyük Məlumatlar Forumunda bildirib.
“Biz yeni bir dövrün astanasındayıq. Hazırda süni intellekt və böyük məlumatlar sadəcə həyatımızı dəyişmir və innovasiyaları transformasiya etmir, həm də onlar problemləri həll etmə, xidmətlər göstərmə və cəmiyyəti formalaşdırma üsullarımızı yenidən nəzərdən keçirməyimizə səbəb olur”, - deyə o bildirib.
Onun sözlərinə görə, səhiyyədən təhsilə, logistikadan energetikaya qədər - bu texnologiyalar nəhəng transformasiya potensialına malikdir. Lakin bütün bunlar yalnız onları uzaqgörənliklə layihələndirdiyimiz, tənzimlədiyimiz və tətbiq etdiyimiz təqdirdə mümkündür".
F.Cəfərovun sözlərinə görə, 2030-cu ilə qədər bu göstərici proqnozlara əsasən 1,8 trilyon ABŞ dollarına qədər artacaq: "Süni intellekt texnologiyaları 2030-cu ilə qədər dünya iqtisadiyyatına 15,7 trilyon ABŞ dollarından çox vəsait əlavə edəcək. Bu, hazırkı dünya iqtisadiyyatının həcminin 14 %-ni təşkil edir".
Oxşar xəbərlər
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
İcraçı direktor: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq
Azərbaycan WEF ilə birgə enerji sahəsində süni intellektin tətbiqi layihəsini həyata keçirir
Elnur Əliyev: "Azərbaycan 2040-cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













