Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub
sizinxeber.az xəbər saytı

Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və iki körpünü vurub


Ukrayna ordusu Qara dənizdə Rusiyanın “kölgə donanması”nın tankerini və Ukraynanın cənubunda – Rusiyanın nəzarətində iki körpünü vurub.

Sizinxeber.az xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahının Telegramda verdiyi məlumata görə, 16 iyun və 17 iyun gecəsi Ukrayna müdafiə qüvvələrinin bölmələri Rusiyanın bir sıra hərbi və logistika obyektlərinə zərbələr endirib.

“Qara dəniz akvatoriyasında “kölgə donanması”nın tankeri FINA A vurulub. Gəmi Aİ, İsveçrə, Böyük Britaniya, Kanada və Ukraynanın sanksiyaları altındadır”, - məlumatda deyilir.

Tankerin beynəlxalq sanksiyalar və məhdudiyyətlərdən yayınaraq Rusiya Federasiyasının maraqlarına uyğun olaraq neft və neft məhsullarının daşınması üçün istifadə edildiyi vurğulanıb.

Qeyd edilib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiya tərəfindən hərbi logistikanı təmin etmək və Ukraynanın cənubundakı müvəqqəti işğal olunmuş ərazilər arasında qüvvə və vasitələrin hərəkəti üçün istifadə olunan obyektlərə zərbələr endirib: “Xüsusilə, Stavki kəndi yaxınlığında Şimali Krım kanalı üzərindəki avtomobil körpüsü və Xerson bölgəsindəki Voinka yaxınlığındakı avtomobil körpüsü vurulub”.

Oxşar xəbərlər

Ukrayna Qara dənizdə Rusiyanın "kölgə donanması"nın tankerinə zərbə endirib
Ukrayna ordusu Rusiyanın kölgə donanmasının iki tankerinə zərbə endirib
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
Ukrayna Qara dənizdə Rusiyaya məxsus qaz qurğusunu vurub, 40-a yaxın heyət üzvü ölüb - VİDEO
Ukrayna Rusiyanın kölgə donanmasının bir neçə gəmisinə zərbə endirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər