Maliyyə Nazirliyi: Ötən il dövlət təşkilatlarında yoxlamalar zamanı 19 milyon manatdan artıq və əsassız ödənişlər aşkar edilib
2024-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 100 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
"Sizinxeber.az" bu barədə Malliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Xidmətin fəaliyyətinin əsas hissəsini Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar aparılan nəzarət tədbirləri təşkil edib. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 57 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 13 milyon 331,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, yoxlama materialları aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib.
İş planına əsasən isə, Xidmət tərəfindən 2024-cü ildə 38 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla aşkar olunmuş 6 milyon 360,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 5 milyon 146,6 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməklə, habelə iş və xidmətlərin yerinə yetirilməsi yolu ilə bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 1 milıyon 213,5 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.
Bundan başqa, Xidmət tərəfindən vətəndaş müraciətlərinə əsasən 5 təşkilatda müraciətlərdə göstərilən hallar üzrə yoxlamalar aparılıb və nəticədə cəmi 4,5 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün nəticələr üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
Bildirilir ki, yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 45 nəfər vəzifəli şəxsə 40,6 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
"Xidmət tərəfindən hesabat dövründə aparılan nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara gələcəkdə yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsirli olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib", - məlumatda deyilir.
Oxşar xəbərlər
Maliyyə Nazirliyi: 57 təşkilatda 13 mln. manatdan çox əsassız ödənişlər aşkar edilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
