Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası (avtonom RMS) quraşdırılaraq istifadəyə verilib.
Bu barədə "Sizinxeber.az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müasir texnologiyaların tətbiqi, o cümlədən SDR (proqram əsaslı radioqəbuledici) tipli radioqəbuledici avadanlıqlarla təchiz edilən stansiyanın istismarı nəticəsində Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların, eləcə də radiotezlik spektrinin məsafədən operativ monitorinqinin aparılması təmin olunub. Yeni yaradılan infrastruktur radiomonitorinq proseslərinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.
Avtonom RMS-in texniki imkanları sayəsində günün istənilən vaxtında stansiyaya məsafədən qoşulmaq, real vaxt rejimində spektr məşğulluğunu izləmək, ölçmə nəticələrini təhlil etmək və radionəzarət proseslərini məsafədən idarə etmək mümkündür.
Bu stansiyada digər radiomonitorinq stansiyalarının istismarı və müasir texnoloji tələblər nəzərə alınmaqla modernizasiya işləri aparılıb, videomüşahidə sistemi quraşdırılıb. Həmçinin enerji resurslarından səmərəli istifadə məqsədilə avadanlıqların məsafədən aktiv və ya deaktiv olunmasına imkan verən idarəetmə funksiyası tətbiq edilib.
Kəlbəcərdə istifadəyə verilən avtonom RMS işğaldan azad olunmuş ərazilərdə radiotezlik spektrinin monitorinqi və radionəzarət imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsini təşkil edir.
Ümumilikdə Dövlət Radiotezliklər İdarəsi tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası çərçivəsində Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə avtonom radiomonitorinq stansiyalarının qurulması təmin olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə iş planına və aidiyyəti üzrə tapşırıqlara uyğun radiomonitorinq, ölçmə, texniki nəzarət və vizual baxış işləri aparılır.
Oxşar xəbərlər
Vüsal Xəlilov: ""AZQR ödənişləri bizneslərin xərclərini azaldacaq"
Mask “Tesla”nın sürücüsüz taksisinin avtonom çatdırıldığını bildirib
COP29 çərçivəsində tezliklərdən istifadə və radiomonitorinq tədbirləri görülür
COP29 tədbirində radiotezlik komandasının işinə dəstək göstərəcək könüllülərə təlimlər keçirilib
Rəhman Hümmətov: "Nəqliyyat sektoru tarixi transformasiya mərhələsinə daxil olur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Fərid Şəfiyev Çində ŞƏT-ə üzv ölkələrin Beyin Mərkəzləri Forumunda iştirak edib
