Sankt-Peterburqda yanğında dörd nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
12:30
ff aaaaaaa

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

09 in, 2026
12:30
852

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində anqarda 400 kv.m sahədə baş vermiş yanğın yerində dörd nəfərin meyiti aşkar edilib.

"Report"un məlumatına görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından bildirilib.

"Hadisə yerində dağıntılar təmizləndikdən sonra dörd meyit aşkarlanıb. Onardan ikisi uçmuş hasarın altında, daha ikisi isə anqarda tapılıb", - mənbə bildirib.

Müxtəlif dərəcəli xəsarətlər almış iki nəfər xəstəxanaya yerləşdirilib.

1 500 kv.m sahəyə malik anqarda yanğın ötən gün axşam baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 15 texnikası və 64 nəfər şəxsi heyəti cəlb edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul