OPEC 2026-cı il üçün qlobal neft tələbatının artımı proqnozunu gündəlik 200 min barel azaldıb
sizinxeber.az xəbər saytı

OPEC 2026-cı il üçün qlobal neft tələbatının artımı proqnozunu gündəlik 200 min barel azaldıb


Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ardıcıl ikinci aydır ki, 2026-cı il üçün qlobal neft tələbatının artımına dair proqnozunu aşağı salır.

"Sizinxeber.az" bu barədə təşkilatın aylıq hesabatına istinadən xəbər verir.

Qeyd olunub ki, hazırda analitiklər tələbatın gündəlik 0,97 milyon barel artaraq gündəlik 106,13 milyon barelə çatacağını proqnozlaşdırırlar. Əvvəlki proqnoz tələbatın gündəlik 1,17 milyon barel artaraq gündəlik 106,33 milyon barelə çatmasını nəzərdə tutub.

Beləliklə, qiymətləndirmə gündəlik 200 min barel aşağı salınıb.

OPEC-in qiymətləndirmələrinə görə, 2027-ci ildə qlobal neft tələbatı gündəlik 107,86 milyon barel təşkil edəcək.

Oxşar xəbərlər

EIA qlobal neft hasilatının artım proqnozunu azaldıb
IEA 2024-2025-ci illərdə qlobal neft hasilatı ilə bağlı proqnozunu saxlayıb
IEA: Azərbaycan iyulda “OPEC+” kvotasından gündəlik 90 min barel geri qalıb
IEA: Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
“OPEC+”un payı dünya neft bazarında 2050-ci ilə qədər 52 %-ə çatacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər