Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 8 % azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,8 % azdır
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 7 aylıq daxilolmaların 3,3 milyon manatı qeyri-yaşayış sahələrinin, 14,5 milyon manatı isə torpaq sahələrinin icarəsi hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,3 % və 7,6 % azdır.
Hesabat dövründə 1 826 yeni icarə müqaviləsi bağlanılıb ki, bu da illik müqayisədə 4,65 % azdır. İcarə müqavilələrinin 308-i qeyri-yaşayış sahələrinə, 1 518-i isə torpaq sahələrinə aid olub. Bunlar isə illik müqayisədə müvafiq olaraq 36 % az və 1,4 % çoxdur.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
