Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar 85 %-ə yaxın artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2026
17:30
ff aaaaaaa

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar 85 %-ə yaxın artıb

17 apr, 2026
17:30
894

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən daxilolmalar 85 %-ə yaxın artıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarədən dövlət büdcəsinə 93,6 milyon manat köçürüb.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,6 % çoxdur.

Məlumata görə, yanvar-mart aylarında 14 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat vasitəsi özəlləşdirilib. Bunun hesabına büdcəyə 79,8 milyon manat vəsait daxil olub.

Bundan başqa, rüb ərzində 141-i qeyri-yaşayış, 1 127-si torpaq sahələri üzrə olmaqla 1 268 yeni icarə müqaviləsi bağlanılıb. Bunun hesabına büdcəyə 13,8 milyon manat köçürülüb.

Son 1 ildə özəlləşdirmə gəlirləri 98 %, icarə gəlirləri isə 32,7 % artıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul