"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
may
2026
15:30
0
0
1 209
ff aaaaaaa

"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

14 may, 2026
15:30
1 209

"Merkuri" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 19-da, saat 10:00-da "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Sizinxeber.az" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə kredit təşkilatının kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir.

Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 333 260 manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul