Azərbaycanın enerji müəssisəsinin səhmdarlarının yığıncağı keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanın enerji müəssisəsinin səhmdarlarının yığıncağı keçiriləcək


İyunun 27-də, saat 10:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 2 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının təsdiq edilməsi, nizamnaməsində dəyişiklik olunması və digər məsələlər daxildir.

“Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 761 min manatdır. Şirkətin səhmlərinin 98,5%-i Hikmət Xammədova məxsusdur. O, 2022-ci ilə qədər "Expressbank" ASC-də 25 %-lik paya sahib olub, "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin yaxın qohumudur.

Oxşar xəbərlər

“Bakı Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək
Azərbaycanın BOKT-ı səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək
“Aqroservis”in nizamnaməsində dəyişiklik ediləcək
“Aqroservis”in səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
“Unicapital İnvestisiya Şirkəti”nin səhmdarlarının yığıncağı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər