Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir
Maliyyə sektorunda məlumatların əsas hissəsi strukturlaşdırılmış məlumatlardan ibarət olsa da, strukturlaşdırılmamış məlumatlar da mövcuddur. Bu məlumatların vahid mühitdə toplanması və idarə olunması üçün Data Lakehouse tipli həllərdən istifadə zəruridir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Data Departamentinin Data mühəndisliyi şöbəsinin rəisi Mahir Quluzadə Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, süni intellektdən səmərəli istifadə üçün ən vacib təməl elementlərdən biri güclü Data Governance sisteminin qurulmasıdır:
"Bu, AI sistemlərinə mövcud məlumatların məzmununu və məntiqini daha düzgün anlamağa, həmin məlumatlardan effektiv istifadə etməyə imkan verir. Data Governance dedikdə isə yalnız idarəetmə mexanizmləri deyil, məlumatların mənşəyinin (data lineage) izlənilməsi və keyfiyyətinin təmin olunması da nəzərdə tutulur.
O qeyd edib ki, Mərkəzi Bankda da bu istiqamətdə mühüm layihələr həyata keçirilir. "Bildiyiniz kimi, 2026-cı ilədək Data Lakehouse-a keçid və Data Governance layihələrinin icrası nəzərdə tutulub. Hazırda bu istiqamətlər üzrə ciddi işlər aparılır və inanıram ki, strategiyamızın son ili olsa da, qarşıya qoyulan hədəflərə nail olacağıq.
O həmçinin əlavə edib ki, növbəti mərhələdə isə həmin infrastrukturun üzərinə AI layer-in, yəni MLOps imkanlarının əlavə olunması əsas prioritetlərdən biridir: "Bu istiqamətdə də artıq ayrıca strategiya formalaşdırılıb" - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Nurullah Bakır: Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 129 milyonu ötüb
Baş katib: Türkiyədə elektron ödəniş əməliyyatlarının həcmi nağd ödənişləri 20 dəfə üstələyib
ABA prezidenti: Azərbaycanda dollarlaşma səviyyəsi azalıb
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək
Zakir Nuriyev: Nağdsız ödənişlərin kart əməliyyatlarında payı 70 faizə yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
-
İran İsrailə zərbələri dayandırıb, Livana hücumlar davam edərsə, daha şiddətli cavabla bağlı xəbərdarlıq edib
-
Azərbaycan–Gürcüstan–Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü başlayıb - FOTO
-
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
