Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda məlumat idarəetməsinin yeni mərhələsinə hazırlaşır
sizinxeber.az xəbər saytı

Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunda məlumat idarəetməsinin yeni mərhələsinə hazırlaşır


Azərbaycan Mərkəzi Bankı (AMB) "data lakehouse" sisteminə (məlumatların saxlanılması və idarəedilməsi sistemi) keçidi tamamlayaraq süni intellekt (AI) infrastrukturunun əsasını formalaşdırmağı hədəfləyir.

"Sizinxeber.az" xəbər verir ki, bunu AMB-nın Məlumat Departamentinin Məlumat Mühəndisliyi şöbəsinin rəhbəri Mahir Quluzadə "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə bildirib.

Onun sözlərinə görə, maliyyə sektorunda əsas məlumat mənbələrini strukturlaşdırılmış məlumatlar təşkil etsə də, strukturlaşdırılmamış məlumatların həcmi də sürətlə artır:

"Müxtəlif növ məlumatların vahid platformada toplanması üçün artıq "data lakehouse" həllərindən istifadə edilir. Süni intellektin effektiv tətbiqi üçün isə ən vacib şərtlərdən biri güclü məlumatların idarəedilməsi "data governance" sisteminin qurulmasıdır. Bu sistem AI alətlərinin mövcud məlumatların məzmununu düzgün başa düşməsinə və onlardan səmərəli istifadə etməsinə imkan yaradır".

M.Quluzadə qeyd edib ki, "data governance" yalnız məlumatların idarə olunması ilə məhdudlaşmır:

"Burada "data lineage", yəni məlumatların mənşəyi və hərəkət trayektoriyası, eləcə də "data quality" – məlumat keyfiyyəti kimi elementlər xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, ontologiyaların hazırlanması və bilik qrafiki "knowledge graph" yanaşmasının tətbiqi də mühüm istiqamətlərdəndir. Bu, sistemlərin məlumatlar arasındakı əlaqələri daha yaxşı anlamaq və təhlil etmək imkanlarını genişləndirir".

Onun sözlərinə görə, Mərkəzi Bank hazırda "data lakehouse" platformasına keçid və "data governance" təşəbbüslərinin həyata keçirilməsi istiqamətində intensiv iş aparır:

"Strategiyanın son ilində bu hədəflərə nail olacağımıza inanırıq. Növbəti mərhələdə isə əsas prioritetlərdən biri süni intellekt qatının ("AI layer"), yəni ML Ops infrastrukturunun qurulmasıdır. Bu istiqamətdə ayrıca strategiya da hazırlanıb və icra olunur".

Oxşar xəbərlər

Mərkəzi Bank süni intellekt tətbiqlərinin qarşılaşdığı əsas maneəni açıqladı
Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir
AMB bazar iştirakçıları ilə bağlı ilkin məlumatların dövlət reyestrinə miqrasiyasını yekunlaşdırıb
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
AMB İT İdarəetmə, Data İdarəedilməsi və Süni İntellekt üzrə idarəetmə çərçivələri üzərində işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər