İranda 20 min nəfər susuz qalıb
sizinxeber.az xəbər saytı

İranda 20 min nəfər susuz qalıb


İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb.

"Sizinxeber.az" İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib.

Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.

Söhbət Bemani rayonunu və Kohestak şəhərini içməli su ilə təmin edən 500 və 2000 kubmetrlik rezervuarlardan gedir.

Həmzəpur qeyd edib ki, hazırda yaşayış məntəqələrinə suyun verilişi dayandırılıb, alternativ su təchizatı variantları nəzərdən keçirilir.

Oxşar xəbərlər

İranın Beer-Şevaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı dördə çatıb
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
İsrail İranın bir neçə ballistik raket anbarını məhv edib
Naxçıvanda magistral xəttdə qəza şəhərin bir çox ərazisini susuz qoyub
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər