Anar Babanlı Los-Anceles Yay Olimpiya Oyunlarında hakim eksperti kimi iştirak etməyi planlaşdırır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
12:00
ff aaaaaaa

Anar Babanlı Los-Anceles Yay Olimpiya Oyunlarında hakim eksperti kimi iştirak etməyi planlaşdırır

10 in, 2026
12:00
815

Anar Babanlı Los-Anceles Yay Olimpiya Oyunlarında hakim eksperti kimi iştirak etməyi planlaşdırır

Beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında hakim eksperti kimi iştirak etmək istəyir.

O, bunu "Report"a açıqlamasında bildirib.

Ədalət təmsilçisi "World Boxing"in imtahanından uğurla keçərək ölkə boksu tarixinə düşməsi ilə bağlı fikirlərini bölüşüb:

"World Boxing"dən (Dünya Boks Federasiyası) təklif gəldi və bu imtahana qatılmaq qərarına gəldim. Həmin imtahana hər hakimi çağırmırlar. Reytinqi yüksək olan, seçilmiş şəxsləri dəvət etdilər. Məmnuniyyətlə razılaşdım, iştirak etdim. İmtahan beş moduldan ibarət idi. Hamısı uğurla başa çatdı. Nəhayət, hakimlər üzrə ekspert təyin edildim. Bu, çox gözəl hisslərdir. Qarşıdakı planlarım 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında hakim eksperti kimi iştirak etməkdir. Azərbaycanın boks tarixinə düşmək də ən gözəl hisslərdən biridir".

A.Babanlı 25 ildən çox hakimlik karyerasının olduğunu xatırladıb:

"Bu müddət ərzində bir çox nüfuzlu yarışlarda iş başında olmuşam. Tokio-2020 Yay Olimpiya Oyunlarında hakimlik etmişəm. Dəfələrlə dünya, Avropa və Asiya çempionatlarında, Asiya Oyunlarında iştirak etmişəm. Ötən il Asiya çempionatında ən yaxşı referi seçilmişəm. Bundan sonra da ölkəmi layiqincə təmsil etməyə çalışacağam".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul