Mikayıl Cabbarov EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi", - nazir vurğulayıb.
Qeyd edək ki, EBRD-nin İllik Toplantısı mayın 13-də Böyük Britaniyanın paytaxtı Londonda işinə başlayıb və mayın 15-dək davam edəcək. EBRD-nin növbəti İllik Toplantısı 2026-ci il iyunun 5-7-də Latviyanın paytaxtı Riqada keçiriləcək.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Azərbaycan EBRD ilə əlaqələrin inkişafına böyük önəm verir”
Azərbaycan ilə EBRD arasında “yaşıl enerji” barədə müzakirələr aparılıb
Azərbaycan və Misir iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
Azərbaycanın "yaşıl enerji"də rolu beynəlxalq tədbirdə diqqətə çatdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













