Azərbaycanda qeyri-neft-qaz sektoru cüzi böyüyüb
Azərbaycanda qeyri-neft-qaz sektoru cüzi böyüyüb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Sizinxeber.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1 % azalaraq 16 milyard 125,4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,4 % artaraq 35 milyad 658,4 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, bu il ölkədə iqtisadi artımın 1,1 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 3,2 % olacağı gözlənilir.
Hökumətin yenilənmiş proqnozlarına görə, 2026-cı ildə ÜDM-in artımı 1,7 %, neft-qaz sektoru üzrə 3,3 %-ə, qeyri neft-qaz sektoru üzrə isə iqtisadi artım 3,7 % səviyyəsində olacağı gözlənilir.
